Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ölkədə tərəvəz istehsalı 1,7 dəfə artıb

Ölkədə tərəvəz istehsalı 1,7 dəfə artıb

19-cu ilin yanvar-fevral aylarında diri çəkidə 80,5 min ton ət, 304,9 min ton süd, 283 milyon ədəd yumurta, 27,3 min ton tərəvəz istehsal olunub.\

Dövlət Statistika Komitəsi xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 0,4 faiz, tərəvəz istehsalı isə 1,7 dəfə artıb.

Həmçinin keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunda 3,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalında 2,5 faiz, bitkiçilik məhsullarının istehsalında isə 43,7 faiz artım qeydə alınıb. 

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …