Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Ölkədə mal-qara ilə bağlı son statistika

Ölkədə mal-qara ilə bağlı son statistika

2017-ci il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda 2 milyon 702,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 298,7 min baş inək və camış, 8 milyon 667,3 min baş qoyun və keçi mövcud olub.

Trend-in məlumatına görə, 2016-cı il oktyabrın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 18,2 min baş (0,7 faiz), o cümlədən inək və camışların sayı 5,1 min baş (0,4 faiz), qoyun və keçilərin sayı 73,4 min baş (0,8 faiz) azalıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 353,1 min ton, süd istehsalı 1,2 faiz artaraq 1 milyon 523,3 min ton, yumurta istehsalı 7,3 faiz artaraq 1 milyard 303,2 milyon ədəd, yun istehsalı isə 4,4 faiz azalaraq 15,7 min ton olub. İribuynuzlu mal-qaranın 48,1 faizini inək və camışlar təşkil edir.

2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları 2,8 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,0 faiz, bitkiçilik məhsullarının istehsalı isə 2,6 faiz artıb.

Bu ilin yanvar-sentyabr aylarında quşçuluq fabriklərində diri çəkidə 57,4 min ton (keçən il 49,6 min ton) quş əti istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 12 milyon 567,8 min baş olub.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …