Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Ölkədə ət, süd, yağ istehsalı normadan 2 dəfə azdır” – EKSPERT

“Ölkədə ət, süd, yağ istehsalı normadan 2 dəfə azdır” – EKSPERT

Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunan konfransda heyvandarlıqla bağlı dövlət proqramına ehtiyac olduğunu vurğulayıb.

Son illər qoyunçuluqla məşğul olan bir çox fermerlərin uzun müddətə icarəyə götürdükləri icarə torpaqlarının əllərindən alınaraq həmin sahələrdə pambıq əkildiyi bildirilir. Hətta, bununla bağlı ölkənin ayrı-ayrı bölgələrindən olan fermerlər 2017-ci ildə qrup halında bir neçə dəfə Prezident Administrasiyasına şikayətə də gəliblər.

Əgər otlaq sahələrinin bir hissəsi pambıq əkininə ayrılıbsa, bundan sonra heyvandarlıqla bağlı hazırlanacaq dövlət proqramında bu məsələlər necə tənzimlənməlidir?

Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmli Azadlıq Radiosuna müsahibəsində qeyd edib ki,  heyvandarlığı dövlət proqramları, yaxud “Yol xəritəsi” ilə inkişaf etdirməyin mümkünsüzdür. Vahid Məhərrəmli hesab edir ki, heyvandarlıq çox mürəkkəb sahədir. Onun fikrincə, gərək heyvanların sayına uyğun örüş sahələri olsun. Ekspert deyir ki, əgər örüş sahələri kifayət deyilsə, intensiv yemləmə təşkil edilməlidir: “Bütün bunların hamısı nəzərə alınaraq qüvvəli, şirəli yem və ot istehsal olunmalıdır. Azərbaycanda 2 milyon 500 min ton qüvvəli yemə ehtiyac olsa da, 12 min ton istehsal olunur. Şirəli yemə 3 milyon ehtiyac var, amma cəmi 3 min ton istehsal olunur. Bu qədər kəskin fərq olduğundan, ölkə ətə olan tələbatından 2 dəfə yarım az istehsal edir. Yəni ət tələbat 840 min ton olsa da, 300 min ton istehsal olunur. Eyni durum süddə də var. Südə tələbat 3 milyon 600 min tondur, istehsal olunur 2 milyon ton. 84 min ton kərə yağı istehsal olunmalıdır, amma 24 min ton istehsal olunur ki, ona da kərə yağı demək olmaz. 250 min ton pendir istehsal olunmalıdır, amma 45 min ton istehsal edilir. Sadaladıqlarım ölkədə yem bazasının yaradılmadığının göstəricisidir. Söhbət şirəli, qüvvəli yemdən gedir, örüş sahələri tələbatın dörddə biri qədərdir. Bundan əlavə örüş sahələri əkin üçün də istifadə olunur ki, gələcəkdə çox ciddi problemlər yaradacaq”.

Vahid Məhərrəmli bildirir ki, ona görə də onlarla sənəd, proqram hazırlansa da, bu sahədə sürətli dəyişikliyə nail olmaq mümkün deyil: “Köklü şəkildə dəyişiklik üçün elmi baxışlara malik və aqrar sektoru bilən kadrlar lazımdır”. 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …