Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ölkə başçısı bacısını işdən qovdu

Ölkə başçısı bacısını işdən qovdu

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In kiçik bacısı Yo Çjon Kimi şəxsi təhlükəsizlik xidmətindən uzaqlaşdırıb.

Virtualaz.org-un “The Telegraph” nəşrinə istinadən məlumatına görə, Yo Çjon Kim 2013-cü ildə Koreya Əmək Partiyasının protokol xidmətinin başçısı vəzifəsini tutub. Bundan başqa, Şimali Koreya lideri onu özünün əsas siyasi məsləhətçisi təyin edib. Nəşr qeyd edir ki, Yo Çjon Kim qardaşının həm təhlükəsizliyi, həm də geyim və saç düzümünə cavabdeh olub.

Narazılıq bacının bir sıra səhvlərə yol verməsindən sonra yaranıb. Tədbirlərdən birində mühafizə xidməti təhlükəsizlik dəhlizini vaxtında yaratmadığı üçün gənclər Kim Çen Ina lazım olduğundan daha çox yaxınlaşıblar. Bundan başqa, kolxozlardan birinə səfər zamanı lideri qarşılayan musiqiçilərdən birinin gitarası az qala Kim Çen Ina dəyib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın