Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ölkəyə gətirilən avtomobillərin orta gömrük dəyəri 30 faiz artıb

Ölkəyə gətirilən avtomobillərin orta gömrük dəyəri 30 faiz artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 247 milyon 612,6 min dollar dəyərində 13 min 299 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com-un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 619 dollar (31 min 652 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 14 min 299 dollar (24 min 3309 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 30% və ya 4 min 320 dollar (7 min 344 manat) artıb.
Onu da bildirək ki, idxal olunan avtomobillərin 19,3%-i və ya  2 min 571 ədədi daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) olub. Hibrid avtomobillərin bir ədədinin orta gömrük dəyəri 32 min 177 dollar (54 min 701 manat) olub. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin ilk iki ayı ərzində ixdal olunan hibrid avtomobillərin sayı 756 ədəd çox olub.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …