Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / İqtisadiyyat / Ölkəmizdə yeni su anbarları inşa ediləcək

Ölkəmizdə yeni su anbarları inşa ediləcək

Prezident İlham Əliyevin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Azərbaycanda 10 su anbarının yenidən qurulması və tikilməsi nəzərdə tutulub.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, Böyük Qafqaz dağlarının ətəyində olan Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay üzərində yeni su anbarları inşa ediləcək.

“Eyni zamanda, Kiçik Qafqaz dağlarının ətəyində olan iki çay üzərində də su anbarları inşa ediləcək. Su anbarlarının texniki iqtisadi əsasları hazırlanır. Yaxın illərdə bu anbarların tikintisinə başlanılacaq”.

Həmçinin oxuyun

İran Azərbaycanla ticarəti dəmiryolu sahəsində də şaxələndirmək niyyətindədir

İran Azərbaycanla ticarəti və tranziti dəmiryolu sahəsində də şaxələndirmək niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı …