Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / ÖLKƏMİZ  TÜRKİYƏNİN BİLƏCİK  ŞƏHƏRİDƏ KEÇİRİLƏCƏK FESTİFALDA TƏMSİL OLUNACAQ

ÖLKƏMİZ  TÜRKİYƏNİN BİLƏCİK  ŞƏHƏRİDƏ KEÇİRİLƏCƏK FESTİFALDA TƏMSİL OLUNACAQ

Bakı şəhər mədəniyyət və turizm baş idarəsinin Bakı uşaq teatrı Türkiyənin Biləcık şəhər baskanı Selim Yağcı tərəfindən 15-30 noyabrda keçiriləcək 11-ci Beynəlxalq Biləcık teatr festivalına dəvət alıb.
Festifalda S. M. Qənizadənin ” Dursunəli Ballıbadı ” pyesi əsasında İntiqam Soltanın səhnələşdirdiyi “Sıravi Dursun ” dramının nümayişi gözlənilir. Dramın süjet xətti  hərbi xidmətdən yayınmaq istəyən, min bir bəhanə ilə uzun müddət tibb məntəqəsində qalan Dursundan bəhs edir.
Dramın məqsədi gənclərin vətənpərvərlik ruhunda aşılanmasıdır.
Pyesin quruluşçu rejissoru İntiqam Soltan ,rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimli, musiqi tərtibatçısı Rauf Hüseyinlıdir.

Şəlalə CƏSUR

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın