Şənbə , Dekabr 5 2020
Ana səhifə / İqtisadiyyat / Ölkədə 205 min ton pambıq yığılıb

Ölkədə 205 min ton pambıq yığılıb

Dekabrın 23-dək pambıq qəbulu məntəqələrinə 205 min 237 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, ötən gün 332 ton pambıq tədarük olunub.

Xatırladaq ki, son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. Fermerlər bu dəstəkdən yararlanaraq ildən-ilə əkin sahələrini və məhsul istehsalını artırırlar.

Belə ki, 2015-ci ildə 18 min hektar çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektar, tədarük 89 min ton təşkil etmişdi. Cari ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötüb, məhsul yığımı isə ötən ilin ümumi göstəricisindən 2,4 dəfə çoxdur.

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …