Bazar , Yanvar 24 2021
Ana səhifə / İqtisadiyyat / Ölkə iqtisadiyyatında 3,4 faiz artım proqnozlaşdırılır – FOTO

Ölkə iqtisadiyyatında 3,4 faiz artım proqnozlaşdırılır – FOTO

2021-ci ildə ölkədə ümumi daxili məhsul həcminə dair proqnoz açıqlanıb.

Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, 2021-ci ildə ÜDM-in 3,4 faiz artacağı gözlənilir.   

Bildirilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2021-ci ildə iqtisadi artım tempinin bərpa ediləcəyi və ÜDM-in real ifadədə 75,8 milyard manata çatacağı proqnozlaşdırılır.

Eləcə də, qeyri-neft sektorunun ÜDM-də payının artacağı da ehtimal edilir.

Vurğulanıb ki, iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiyası sayəsində 2021-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 70,5 faizə, neft sektorunun payının isə 29,5 faizə bərabər olacağı proqnozlaşdırılır.

Həmçinin oxuyun

Ötən il azərbaycanlılar Türkiyədə 1279 ev alıb

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb. Türkiyə Statistika Komitəsi bildirir ki, ötən …