Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Oliqarxlarımızın oğurladığı bütün pullar əllərindən alınsa, hansı sadə işdə işləyə bilərlər?

Oliqarxlarımızın oğurladığı bütün pullar əllərindən alınsa, hansı sadə işdə işləyə bilərlər?

Əfqanıstanın keçmiş rabitə naziri Səid Səadəti 2020-ci ilin sonlarında rəhbərlik etdiyi nazirliyin ləğv olunmasından sonra Almaniyanın Liypsiq şəhərinə gedərək orada “Lieferendo” özəl poçt şirkətində poçtalyon işləməklə özünü dolandırır. Görəsən, Azərbaycandakı sabiq nazirlər, icra başçıları vəzifədə olduğu müddətdə oğurladığı pullar tam olaraq əllərindən alınsa, hansı sadə işlərdə çalışmağa yarayarlar? 

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, “təsadüfən vəzifəyə gətirilənlərin çoxu əvvəl-axır poçtalyon işləməyə layiq olacaqlar. 
Onun fikrincə, bütövlükdə hansı cəmiyyətdə hansı rolu almaq qabiliyyətdən asılıdır:
“Şərq ölkəsində nazir işləyən gedib Qərbdə poçtalyon işləyirsə, bu Şərqlə Qərbin fərqini göstərən əsas cəhətdir. Azərbaycanda isə nazirlərin əksəriyyəti vəzifədən çıxandan sonra hətta aşağı vəzifədə çalışmağı belə özünə həqarət sayır. Bunlar hamısı cəmiyyətimizin titula sadiq olmasının göstəricisidir. Dində də belədir. Hacı, kərbəlayi, məşədi olana qədər hamı özünü Allah qarşısında borclu bilir. Amma bu titulu alan andan çoxu özünü imtiyazlı adam kimi aparmağa başlayır. Biliyi, səviyyəsi yüksək olanlar daha çox müəyyən funksiyaları yerinə yetirmək imkanına malik olurlar. İstedadlı adam harda olmasından asılı olmayaraq, hər yerdə parlayacaq”.  

“Bütün əmlakdan məhrum olarlarsa, son nəticədə bir çoxları gedib dolanmaq üçün sadə işdə işləməyə məcbur ola da bilərlər, – bunu deyən Milli Məclisin deputatı Vahid Əhmədov onu da qeyd etdi ki, işdən uzaqlaşdırılsa da, vəzifəli şəxslərin yığdığı əmlak tam olaraq əllərindən alınmayacaq. – İstənilən vəzifəli şəxs işdən çıxandan sonra ailəsini dolandırmaq üçün istənilən işdə çalışmağı bacarmalıdır. Azərbaycanda isə işdən çxarılan vəzifəlilərin kifayət qədər əmlakı var. Onların bütün əmlakının əlindən alınacağı da mümkün deyil”. 
“Onlar sadə işlərdə çalışmağı özlərinə sığışdırmayacaq, – ASDP sədri Araz Əlizadə belə düşünür. – Oğurladıqları pullar isə tam olaraq əllərindən alınmayacaq”.  

 Məmurların mütləq əksəriyyətinin və ya onların övladlarının hansısa beynəlxalq səviyyəli elmi dərəcələri və sertifikatları var ki, ondan istifadə etməklə başlarını dolandıracaqlar, – deyən Ağ Partiyanın sədri Tural Abbaslı da yerli məmurların vəzifədən və müflisləşmədən sonra sadə işdə işləyə biləcəklərini istisna edir. – Düşünmürəm ki, azərbaycanlı məmurlar vəzifədən çıxarılandan sonra hansısa sadə işlərdə çalımağa meylli olsun. Onların böyük əksəriyyətinin əllərindən alına bilinməyəcək mülkləri də var. Məmurların mütləq əksəriyyətinin və ya onların övladlarının hansısa beynəlxalq dərəcəli elmi dərəcəli sertifikatları var ki, ondan istifadə etməklə başlarını dolandıracaqlar. Onun hesabına hansısa Avropa ölkəsində belə orta səviyyədə yaşaya bilrlər”.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …