Bazar , Avqust 18 2019
Ana səhifə / İqtisadiyyat / Oliqarxın qızı ABŞ-a bal ayına gedib Rusiyanı pislədi: “Hər yerdə “Raşka”dan yaxşıdır…”

Oliqarxın qızı ABŞ-a bal ayına gedib Rusiyanı pislədi: “Hər yerdə “Raşka”dan yaxşıdır…”

Çeçen əsilli rusiyalı milyarder-oliqarx Musa Bajayevin yeni ailə qurmuş 22 yaşlı qızı ABŞ-a bal ayına gedib və sosial şəbəkədə dünyanın hər yerində Rusiyadan daha yaxşı olduğu barədə yazaraq böyük qalmaqala səbəb olub.

 virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 25 yaşlı çeçen biznesmen Bekxan Mamakayevlə ötən ay Monakoda ailə quran MQİMO tələbəsi Elina Bajayeva ABŞ-da olarkən Ask.fm sosial şəbəkəsində isfadəçilərdən birinin bu sualı ilə qarşılaşıb: “ABŞ-da Raşkaya (Rusiya) nisbətən daha yaxşıdır?”

Oliqarxın qızı isə cavabında yazıb: “Hər yerdə Raşkadan yaxşıdır”. Elina daha sonra yazıb ki, ABŞ-da qalıb yaşamaq istərdi.

Musa Bajayevin qızının özünü superderjava sayan Rusiya haqda “Raşka” yazması və onun ölkəsini bəyənməyib ABŞ-da yaşamaq istədiyini yazması Kremlin ideoloji təbliğatı kontekstində dəhşətli görünür. Bu səbəbdən qızın qeydləri böyük qalmaqala səbəb olub, telekanallar oliqarxların uşaqlarının necə qudurması barədə ard-arda süjetlər verib. Sosial şəbəkələrdə isə Bajayevin qızına yazıblar ki, Rusiyaya qayıtmasa yaxşıdır.

Dövlət Dumasının deputatı Vitali Milonov bildirib ki, bu qızın gələcəkdə XİN-də işləməyə haqqı yoxdur və onu bu nazirliyə işə götürmək olmaz. Deputat qıza məsləhət görüb ki, institutu dəyişib kosmetoloq-maneken ixtisası alsın. Çünki ABŞ-da oturub dodaqlarını silikonla şişirdən, özünə bahalı əyin-baş alıb vətəni aşağılayan birinin gələcəkdə diplomat olması mümkün deyil.

MQİMO-nun rektoru Anatoli Torkunov isə tələbənin hərəkətinin “qəbuledilməz” olduğunu deyib. “Biz ondan soruşacağıq ki, nəyi nəzərdə tuturdu. Çünki bu mənə aydın deyil. Bu, hansısa axmaqlıqdır”-rektor deyib.

Həmçinin oxuyun

Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var

Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var. Bunu Trend-ə Turizm Asossiasiyasının sədrinin müşaviri …

Bir cavab yazın