Bazar , Yanvar 24 2021
Ana səhifə / İqtisadiyyat / Olimpiadanın onuncu günündə beş Azərbaycan idmançısı yarışacaq

Olimpiadanın onuncu günündə beş Azərbaycan idmançısı yarışacaq

Olimpiadanın onuncu günündə beş Azərbaycan idmançısı yarışacaq.

Avqustun 12-i Azərbaycan yunan-roma güləşciləri Rövşən Bayramov (-59 kq) və Elvin Mürsəliyev (-75kq) yarışlara qatılacaqlar.

Azərbaycan idmançısı Olqa İsmayılova trek velosipedi (sprint) üzrə yarışlarda iştrak edəcək.

Həmçinin boksçular Lorentso Sotomayor (-64 kq, 1/8) və Teymur Məmmədo v(-81 kq, 1/4) növbəti mərhələyə vəsiqə qazanmaq üçün rəqibləri ilə yarışacaqlar.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay

Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda – 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı – 53 idmançı.

Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü – kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir – Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Həmçinin oxuyun

Ötən il azərbaycanlılar Türkiyədə 1279 ev alıb

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb. Türkiyə Statistika Komitəsi bildirir ki, ötən …

Bir cavab yazın