Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / “Öldüyü dəqiqdir, ola bilsin sabah elan edəcəklər…”

“Öldüyü dəqiqdir, ola bilsin sabah elan edəcəklər…”

Özbəkistan prezidenti İslam Kərimovun öldüyü haqda xəbəri birinci yayan “Ferqana” agentliyinin baş redaktoru Daniil Kislov israr edir ki, Daşkənddən verilən təkziblərə baxmayaraq xəbər dəqiqdir.

Belə ki, Kislov İslam Kərimovun ölümü haqda rəsmən xəbər yaymaq mürəkkəb işdir, çünki Özbəkistanda qapalı informasiya mühiti hökm sürür.

“Kərimov avqustun 29-da, Moskva vaxtı ilə saat 15.35-də ölüb. Bu haqda azsaylı KİV-lər bilir. Bizim agentlik 15 ildir Özbəkistanda işləyir və belə məlumatı əldə etmək olduqca mürəkkəbdir”-baş redaktor deyib.

Daniil Kislov bildirir ki, prezidentin ölümü haqda ola bilsin sabah rəsmən elan edəcəklər.

Qeyd edək ki, sentyabrın 1-də Özbəkistanın Müstəqillik Günüdür və prezidentin vəfatı haqda xəbərlərin yayılmasına baxmayaraq hazırda Daşkənddə sakitlikdir, küçələr bayraqlarla bəzədilib. İslam Kərimovun yerləşdirildiyi xəstəxananın və prezident iqamətgahının ətrafına isə kilometrlərlə radiusda ordu və polis qüvvələri düzülüb.

Ekspertlərin fikrincə Özbəkistan prezidenti postunu tutacaq əsas namizəd baş nazir Şövkət Mirzəyevdir. Digər potensial namizəd isə maliyyə naziri Rüstəm Əzimovdur. Bu arada Rüstəm Əzimovun ev dustağı edildiyi haqda xəbərlər yayılıb və dərhal təkzib olunub. Özbəkistan Maliyyə Nazirliyindən bildiriblər ki, nazir hazırda yerindədir, həbs olunmayıb.

Hazırda Rusiya da daxil olmaqla bütün regional oyunçular Kərimovun mümkün vəfatından sonra Özbəkistanda vəziyyətin necə dəyişəcəyini təxmin etməyə çalışırlar. Rusiyalı hərbi ekspert Pavel Felqenhauer hesab edir ki, Kərimovun ölümündən sonra Özbəkistanın ikinci Suriyaya çevrilməsi təhlükəsi var. Ekspert Özbəkistanın müsəlman əhalisinin uzun illərdir Kərimovun zülmü altında inlədiyini, indi onun ölümünün ekstremizm əhvalını gücləndirəcəyini və müxalif Özbəkistan İslam Hərəkatının fəallaşacağını deyir.

Özbəkistan İslam Hərəkatının düşərgələri Əfqanıstandadır, onlar “İslam dövləti”in “xəlifəsi” Bağdadiyə biət ediblər. Ekspertə görə əgər Kərimovun ölümü ilə bağlı Özbəkistanda vəziyyət qarışsa islamçılar Əfqanıstandan bu ölkəyə müdaxilə edəcəklər. Özbəkistan ordusu isə bunun qarşısını ala bilməyəcək.

Virtualaz.org

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …

Bir cavab yazın