Şənbə günü Ekvadorda baş verən 7.8 bal gücündəki zəlzələdə ölənlərin sayı artır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2 gün ərzində ölənlərin sayı 272 nəfərə çatıb. Hadisə ilə bağlı danışan dövlət başçısının müavini Xorxe Qlas bildirib ki, təbii fəlakət nəticəsində 2 500-dən çox insan yaralanıb.
Qeyd edək ki, zəlzələdən sonra Avropa Birliyi, bəzi beynəlxalq təşkilatlar, Venesuela, Kolumbiya, Peru və Meksika Ekvadora humanitar yardım göndərib.