Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / İqtisadiyyat / Oğuzda yol tikintisinə 9,4 milyon ayrıldı – SƏRƏNCAM

Oğuzda yol tikintisinə 9,4 milyon ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Oğuz rayonunun Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 4000 nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmçinin oxuyun

Mərkəzi Bankdan yeni 10 manatla bağı açıqlama

Yenilənmiş dizayn və mühafizə elementlərinə malik 10 manatlıq pul nişanı Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən …