Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / İqtisadiyyat / Oğuzda taxıl biçini: 16 min hektar sahə, 56 kombayn…

Oğuzda taxıl biçini: 16 min hektar sahə, 56 kombayn…

Cari mövsümdə Oğuz rayonunda 16 min 87 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 11 min 969 hektarını buğda, 4 min 118 hektarını arpa sahələri təşkil edir. Rayonun Böyük Söyüdlü, Xaçmaz, Padar kəndlərinin ərazilərindəki taxıl sahələrində arpa biçininə başlanılıb. Kampaniyanın ilk günündə 60 hektaradək sahənin arpası biçilib, 180 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, rayon üzrə taxıl biçini kampaniyasına 56 kombayn, həmçinin lazımi qədər küləşpresləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnika cəlb edilib.

Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 16 min 531 hektar taxıl sahəsindən 50 min tonadək məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 30 sentnerdən yüksək olub.

Həmçinin oxuyun

Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb

Respublika üzrə taxıl sahələrinin 31,1 faizində biçin başa çatıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, respublika …