Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ofisiant 30 manat, bərbər 20 manat, dərzi 10 manat vergi ödəyəcək

Ofisiant 30 manat, bərbər 20 manat, dərzi 10 manat vergi ödəyəcək

Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.

Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ – 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər. Digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi təqdim edilmiş mallara bu vergi ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …