Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Obamanın qızı restoranda işləyir — FOTO

Obamanın qızı restoranda işləyir — FOTO

Barak Obamanın kiçik qızı balıq restoranında işləyir
Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın kiçik qızı 15 yaşlı Saşa atasının çox sevdiyi Martas Vinryad adasında “Nensi” adlı balıq restoranında kassir kimi işləməyə başlayıb.
Onun iş vaxtı 7:30-da başlayıb 11:30-da başa çatır. Saşa həmçinin ekspress pəncərədən müştərilərə yemək təqdim edir, restoranın zalını qonaqların gəlişinə hazırlayır və stolların üstünü təmizləyir.
Prezident qızının təhlükəsizliyinə 6 agent nəzarət edir.
Amerikalı jurnalistlər Obamanın “Nensi” restoranının sahibi ilə dost olduğunu və qızının həyat təcrübəsi toplaması üçün buranı təsadüfi seçmədiyini yazırlar.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın