Ana səhifə / İqtisadiyyat / Obama və Ərdoğan Pekində görüşəcək

Obama və Ərdoğan Pekində görüşəcək

Sentyabrın 4-də Pekində, “G-20” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.

Bunu ABŞ prezidentinin köməkçisi Ben Rods bəyan edib.

Onun sözlərinə görə, tərəflər Türkiyədə hərbi çevrilişə cəhddən sonra vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranı və digər məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ və Türkiyə prezidentləri Çinin paytaxtı Pekində baş tutacaq “Böyük iyirmilik” (G-20) ölkələrinin sammitinə qatılacaqlar. (Apa)

Həmçinin oxuyun

Manata təhlükə varmı? – ŞƏRH

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb. Bu barədə faiz dəhlizinin parametrlərinə dair …

Bir cavab yazın