Çərşənbə , May 27 2020
Ana səhifə / İqtisadiyyat / Obama Suriya məsələsində Putinə uduzur

Obama Suriya məsələsində Putinə uduzur

Ağ Ev sahibi Barak Obama hələ ki, Suriya məsələsində Putinə uduzur.

Azinforum.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlama verib. Rusiya Prezidenti Vladimir Putinin bu həftə Suriyadakı bombardmanla bağlı müsahibəsinə toxunan politoloq Vaşinqtonun planlarının Rusiya tərəfindən pozulduğunu deyib:

“Putin açıq deməsə də, ABŞ İŞİD-i ona görə məhv etməkdə maraqlı deyil ki, terrorçular Əsədin axırına çıxsınlar. Putinin sözündə müəyyən qədər həqiqət var. ABŞ və Türkiyə ilk növbədə Əsəd hakimiyyətinin yıxılmasını istəyir, daha sonra terrorçulara keçməyi planlaşdırırlar. Ancaq Vaşinqtonun planını Rusiya pozur. Çünki Putin hərbi təyyarələri və Xəzərdən atdığı raketləri ilə Əsəd ordusunu gücləndirməyi hədəfləyib. Təsadüfi deyil ki, bu zərbələrdən ruhlanan Əsəd ordusu İŞİD mövqelərinə qarşı quru əməliyyatları həyata keçirirlər. Bu da Kremlin planıdır ki, bombardmanların müsbət nəticəsi olsun və Rusiyanın gücü görünsün. Maraqlıdır, buna Pentaqonun cavabı nə olacaq? Hazırda Ağ Ev sahibi Barak Obama hələ ki, Suriya məsələsində Putinə uduzur”.

Həmçinin oxuyun

Virusla mübarizə xərcləri: Hökumət heç nəyi əsirgəmədi – TƏHLİL

Koronavirus pandemiyası iqtisadiyyatımıza həm dünyaya sirayət etməklə kənardan, həm də daxildə yayılaraq, içdən ciddi zərər …

Bir cavab yazın