Bazar , Yanvar 17 2021
Ana səhifə / İqtisadiyyat / Obama: “Qızlarımın arxasınca gələn oğlanlara yazığım gəlir”

Obama: “Qızlarımın arxasınca gələn oğlanlara yazığım gəlir”

Barak Obama tezliklə oğlanlarla görüşəcək və gəzməyə gedəcək qızlarından narahat deyil. Atası onlara etibar edir və onların tərbiyəsindən arxayındır. Bundan başqa, Məxvi xidmət həmişə köməyə gəlir.

“Mən iki səbəbə görə rahatam. Birinci, Mişel qızları üçün əsil nümunədir- özünü necə aparmağı, dəyərini bilməyi, xarici görkəm məsələsində oğlanların rəyindən asılı olmamağı və insanlar haqqında ağlına və xasiyyətinə görə mühakimə yürütməyi analarından öyrəniblər. Mən özüm də əminəm ki, həyat yoldaşına necə hörmətlə yanaşmanın yaxşı nümunəsini göstərmişəm” Prezident Obama bunları WDCG radiostansiyasına müsahibəsində söyləyib.

İkincisisi, Obama qızların təhlükəsizliyi sarıdan da həyəcan keçirmir, çünki bu iş Məxvi xidmətə aiddir. “Bu uşaqlar elə işlər görürlər ki. Qızların dalınca evə gələn oğlanlara yazığım gəlir”- deyə Obama əlavə edib.

Barak və Mişel iki qız tərbiyə edir- 15 yaşlı Saşa və 18 yaşlı Maliya. Maliya Harvard Universitetinə qəbul olub və gələn ildən oxumağa başlayacaq. (Moderator.az)

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …

Bir cavab yazın