Cümə , Oktyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / Obama Məhəmməd Əlinin dəfninə getməkdən imtina etdi

Obama Məhəmməd Əlinin dəfninə getməkdən imtina etdi

ABŞ prezidenti Barak Obama əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmayacaq.

Azvision.az-ın məlumatına görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Con Fridman bildirib.

“Prezident xanımı ilə birgə Vaşinqtonda qızı Maliyanın məzun gecəsində iştirak edəcək”, – deyə Fridman qeyd edib.

Onun sözlərinə görə, Obamanın köməkçilərindən biri dəfn mərasimində prezident və birinci xanımın adından məktub oxuyacaq.

Qeyd edək ki, məşhur amerikalı boksçu Məhəmməd Əli iyunun 3-də 74 yaşında dünyasını dəyişib. Onun dəfn mərasimində ABŞ prezidenti Barak Obamanın iştirak edəcəyi bildirilirdi.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …

Bir cavab yazın