Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Obama İrana məxfi məktub göndərdi

Obama İrana məxfi məktub göndərdi

ABŞ prezidenti Barak Obama İran hakimiyyətinə məxfi məktub göndərib.

“Report” xəbər verir ki, bu haqda Tehranda çıxan “Həmşəhri” qəzeti məlumat yayıb.

İran parlamenti Rəyasət Heyətinin üzvü Mehrdad Bazrpaş faktı təsdiqləyib. O bildirib ki, məktubu ölkə rəhbərliyinə İranın qonşusu olan dövlətin nümayəndəsi çatdırıb. Onun sözlərinə görə, məktub İranın nüvə probleminə həsr edilib.

Qəzet ehtimal edir ki, məktubu İran hakimiyyətinə İraqın baş naziri Heydər əl-İbadi çatdırıb.

Məsələ ilə bağlı başqa məlumat əldə etmək mümkün olmayıb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın