Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Nino Burcanadze Abxaziya və Cənubi Osetiyaya səfər edəcək

Nino Burcanadze Abxaziya və Cənubi Osetiyaya səfər edəcək

“Demokratik hərəkat – vahid Gürcüstan” partiyasının sədri Nino Burcanadze işğal altında olan Cənubi Osetiya və Abxaziyaya səfər etməyi planlaşdırır.

Partiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, əsas məqsədi yerli əhali ilə görüşməkdir.

“Nino Burcanadze çıxışlarında bildirir ki, əsas prioritet abxaz və osetinlərlə birbaşa dialoq olmalıdır. O, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır. Həmin bölgələrdə yaşayan insanlarla əlaqə bərpa olunmalıdır”, – deyə partiyadan bildirilib.

Qeyd edək ki, N. Burcanadze 2001-2008-ci illərdə Gürcüstan parlamentinin sədri olub. Xanım siyasətçi Gürcüstan-Rusiya münasibətlərinin normallaşdırılmasının tərəfdarıdır.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın