Ana səhifə / İqtisadiyyat / “Nikoyl” şirkəti “Nikoyl Bank”la yollarını ayırıb

“Nikoyl” şirkəti “Nikoyl Bank”la yollarını ayırıb

Ötən il “Nikoyl” ASC İnvestisiya Kommersiya Bankının səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

“Topaz Investments Limited” şirkəti Bankda payını 1,32 faiz bəndi artıraraq 93.16%-ə çatdırıb. 2016-cı ilin sonunda şirkətin Bankda 91.84% payı var idi.

Bankın səhmdarlarından “Nikoyl” QSC 7.97% olmuş payını satıb. Payın əsas hissəsi Marina Kulişova tərəfindən alınıb. O, ötən ildən 6.68%-lik payla Bankın yeni səhmdarıdır. Kulişova Marina Valeryevna Bankın Müşahidə Şurasının sədridir.

Ötən il “ISR Holding” MMC-nin payı isə 0.19%-dən 0.16%-ə düşüb.

“Nikoyl” Bankın ana şirkəti “Topaz Investment Limited” MMC-dir. Banka birbaşa olaraq fiziki şəxs Vahid Ələkbərov nəzarət edir.

2017-ci ildə “Nikoyl Bank”ın nizamnamə kapitalı 35,5 milyon manat artırılaraq 220 milyon manmata qaldırılmışdır. 2018-ci ilin 1-ci rübündə isə Bankın nizamnamə kapitalı daha 25 milyon manat artırılaraq 245 milyon manata çatdırılıb. Bankın saytında verilən son məlumata görə, “Topaz Investments” QSC 93.16%, fiziki şəxslər 6.68% və İSR Holding 0.16% paya malikdir.

“Ülpər” SCB 1994-cü ildə Azərbaycan Respublikasında yaradılmış və 1994-cü ildə verilmiş 203 nömrəli ümumi bank lisenziyasına malik olmuşdur. 2002-ci ildə “Nikoyl” Qapalı Səhmdar Cəmiyyəti və “Lukoil Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Bankda nəzarət payları almış və Bankın adı “Nikoyl” ASC İnvestisiya Kommersiya Bankına dəyişdirilmişdir. Bank 2 may 2002-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən verilmiş 203 nömrəli tam bank lisenziyası əsasında fəaliyyətə başlamışdır. 2008-ci ilin iyul ayında “Topaz Investments” MMC Bankda nəzarət payı almışdır. /fed.az

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …