“Nikoil Bank” müştərilərinə qarşı şəffaf olmadığını bir daha sübut etdi.
“Kommersant.az”
bankın açıqladığı hesabata əsasən xəbər verir ki, “Nikoil Bank” 2019-cu
ilin 1ci rübündə 422 mln. 953 min manat cəmi aktivə, 353 mln. 874 min
manat cəmi öhdəliyə, 69 mln. 78 min manat isə cəmi kapitala sahib olub.
Bank
2018-ci ilin 1-ci rübünə olan banlans hesabatını rəsmi saytından
sildiyi üçün isə analoji dövrlərin müqayisəsini aparmaq mükün olmayıb.
Bu isə bankın mənfi hesabatını ictimaiyyətdən gizlətməsi kimi qəbul
olunur. Ehtimal olunur ki, “Nikoil Bank”ın hesabat rüblərinin müqayisəsi
bankın ağır vəziyyətdə olmasındanxəbər verir. Buna görə də bank ağır
vəziyyətini gizlədərək müştərilərini aldadır.
Depozit
portfelinin 227 mln. 245 min manat, müştərilərə verilən kreditin isə
260 mln. 245 min manat olduğunu açıqlayan bank yenə də 2018-ci il üzrə
hesabatını rəsmi saytından silməklə portfelini gizlədir. Bəlkə də bankın
depozit portfeli əriyir və müştərilər bankdan pullarını götürərək
qaçır.
Nə hikmətdirsə artım müşahidə olunan hissələr bankın rəsmi saytından silinməyib.
Bankda
etibarlı mənbədən aldığımız məlumata görə isə hesabatın gizlədilməsi
İdarə Heyəti sədrinin birinci muavini Fərhad Hacınskinin tapşırığı ilə
həyata keçirilir.
Məsələn,
“Nikoil Bank”ın xalis faiz gəliri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə
2 mln. manat (cuzi artaraq) 14 mln. 468 min manat olub. Qeyri-faiz
gəlirləri 200 min manat azalan bank 2019-cu ilin 1-ci rübündə sözügedən
gəlirini 1 mln. 233 min manata endirib. Buna baxmayaraq isə bank
qeyri-faiz xərclərini 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 1 mln. 300
min manat artıraraq 6 mln. 576 min manata yüksəldib.
2018-ci ilin 1-ci rübündə 309 min manat xalis mənfəət əldə edən bank cari ilin 1-ci rübündə 3 mln. manatlıq mənfəət açıqlayıb.
“Nikoil
Bank” bir tək balans hesabatını deyil, həmçinin kapitalın adekvatlığını
da rəsmi saytından silərək müştərilərinə qarşı şəffaf olmadığını sübut
edir. Bank 2019- cu ilin 1-ci rübündə 71 mln. 428 min manat məcmu
kapitala (tutumlardan sonra) sahib olub.
Qeyd edək ki, məsələ ilə bağlı banka müraciət etsək də məsələni həll etməkdən boyun qaçırdılar.
“Əməkdaşlarımız burda yoxdu, mənim də başım çıxmır. Günün ikinci yarısı zəng edin bəlkə burda olar danışarsız”.
Həmçinin oxuyun
Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI
Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …