Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Nemtsovun qızı Putinə savaş açdı

Nemtsovun qızı Putinə savaş açdı

Qətlə yetirilən müxalifətçi lider Boris Nemtsovun qızı Janna Nemtsova atasının təqib edilməsində məsuliyyət daşıyan və ölümündə günahkar olan Rusiya jurnalistlərinin siyahısını Polşa Senatı Boqdan Boruseviçə verib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, o, Polşa hökumətindən sözügedən şəxslərə qarşı Avropa İttifaqının sanksiyalar tətbiq etməsində yardımını xahiş edib.
Məlumata görə, sənəddə hakimiyyət tərəfindən nəzarət edilən 8 jurnalistin adı yer alıb.
Bu siyahıya Ümumrusiya dövlət televiziya və radio yayımları şirkətinin direktoru Oleq Dobrodeyev, NTV-nin direktoru Vladimir Kulistikov, “Rossiya seqodnya” informasiya agentliyinin rəhbəri Smitri Kiselev, jurnalistlər – Arkadi Mamontov, Konstantin Semin, Vladimir Solovyov və Andrey Kraulov , eləcə də Rusiya Dövlət Dumasının deputatı və teleaparıcı Aleksey Puşkovun adı daxil edilib.
“Boris Nemtsovun qətlinə görə onu KİV-lərdə təqib edənlər və damğalayanlar məsuliyyət daşıyır. Hakimiyyətin nəzarətində olan bu jurnalistlər Vladimir Putinin siyasətindəki rüşvətə və Ukraynada apardığı müharibəyə qarşı fəaliyyətinə görə Nemtsovu “satqın”, “ beşinci kolon” və “Rusiyanın düşməni” adlandırıblar.”, – deyə Senat Boqdan Boruseviçə ünvanlanan məktubda bildirilib.
Nemtsovun qızının fikrincə, bu yazılanlar jurnalistikadan tamamilə uzaqdır: “Bu, nə jurnalistika, nə də söz azadlığı deyildi. Bu, dövlət tərəfindən dəstəklənən ölümə təhrik idi”.
Nemtsova vurğulayıb ki, Boris Nemtsov özü 2014-cü ilin mayında qərb liderlərini Putin təbliğatçılarına qarşı viza sanksiyalarının tətbiq edilməsinə çağırıb. Siyasətçinin qızı bildirib ki, bütün bunlara baxmayaraq, bu insanlardan əksəriyyəti asanlıqla qərbə gedə bilir. Nemstova bu hadisənin yolverilməz olduğunu hesab edir. “Bu xüsusilə də insanları mənim atamın ölümünə təhrik edən hakimiyyət təbliğatçılarına qarşı yolverilməzdir”, -deyə məktubda qeyd olunub.
Xatırladaq ki, Nemtsov bu il fevralın 27-də qətlə yetirilib. Onun cinayət işi üzrə istintaq ballistik ekspertiza müəyyən edib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın