Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Nemtsovun qızı hədələndiyinə görə ölkədən gedib

Nemtsovun qızı hədələndiyinə görə ölkədən gedib

Fevralın 27-də gecə Kremlin yaxınlığında qətlə yetirilən Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun böyük qızı Janna ünvanına gələn hədə-qorxulardan sonra xaricə gedib. Modern.az-ın “The Times”ə istinadən verdiyi xəbərə görə, Janna Nemtsova Rusiya prezidenti Vladimir Putini atasının ölümündə siyasi məsuliyyət daşımaqda günahlandırıb. O, Nemtsovun öldürülməsi ilə bağlı istintaqın gedişini də tənqid edib. Jannanın sözlərinə görə, Rusiyaya qayıdıb-qayıtmayacağını hələ ki bilmir.

O əlavə edib ki, Rusiya hakimiyyətini tənqid edənlər böhtan atılmaqla məhkəməyə çəkilir, həbsxanaya salınırlar, yaxud zəhərləyib öldürürlər: “Mənim atam siyasi mülahizələrə görə öldürülüb. O vaxtdan vəziyyət kifayət qədər sürətlə pisləşir”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın