Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Nemtsovun qətlində adı keçən Rusikin yeri bilindi

Nemtsovun qətlində adı keçən Rusikin yeri bilindi

Boris Nemtsovun qətli ilə bağlı cinayət işində adı keçən Ruslan Muhiddinovun yeri aşkarlanıb.
Avropa.info xəbər verir ki, hüquq-mühafizə orqanları onun Çeçenistan ərazisində olduğunu deyiblər. Rusik ləqəbli bu şəxs yazınları ilə bir neçə dəfə telefon əlaqəsinə çıxıb. Ruslan Muhiddinovun dağlıq ərazidə gizləndiyi bildirilir. Hal-hazırda onun saxlanılması imkanları nəzərdən keçirilir.
Sonuncu dəfə onu 6 martda, Çeçenistanın Şelkovsk rayonunda görmüşdülər. Bundan sonra ondan heç bir xəbər çıxmayıb.
İstintaqın versiyasına görə, o, qətlin icraçılarına “ZAZ” markalı avtomobil və tapança verib. Rusikin Ruslan Germeyevin yaxın adamı olduğu, Nemtsovun qətlinin sifarişçisi və icraçısı olduğu ehtimal edilir.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın