Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Neftin ucuzlaşması uzunmüddətli olarsa, büdcəyə yenidən baxıla bilər” – Deputat

“Neftin ucuzlaşması uzunmüddətli olarsa, büdcəyə yenidən baxıla bilər” – Deputat

Dünya bazarlarında “qara qızıl”ın qiyməti kəskin ucuzlaşmağa başlayıb. Belə ki, bu gün səhər Brent markalı neft 33 dollara qədər geriləyib. WTI markalı Texas nefti isə 21% dəyər itirərək 32,5 dollara düşüb. Analitiklər neftin 1 barelinin 20 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır.

Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, dünyanı bürüyən koronavirus həyatın bütün məqamlarına təsir etməkdədir:

“Xüsusilə neftin istesahlı və istehlakı ilə məşğul olan Çində, İranda, İtaliyada problemlər yaşanmaqdadır. Əsas problem isə OPEK+ ölkələrinin ümumi razılığa gələ bilməməsilə bağlı oldu. Rusiya və Səudiyyə Ərəbistanı razılaşmadan çıxdı. Bağlanmış müqavilənin vaxtı aprelin 1-də başa çatır. Proseslərin sürətlə dəyişdiyi bir dövrdə aprelin 1-nə kimi hansı dəyişikliklərin baş verəcəyi isə müəmmalıdır. Gedişat neft qiymətlərinin daha da ucuzlaşmasına gətirib çıxara bilər”.

Deputat Azərbaycanın hələ də neftdən asılılığına diqqət çəkib:

“Doğrudur, Azərbaycan Prezidenti cənab İlham Əliyev alternativ enerji mənbələrindən istifadə üçün göstərişlər verib, bunun əsasında proqramlar hazırlanıb. Amma buna baxmayaraq, neft hələ uzun müddət dünya iqtisadiyyatında aparıcı rola malik olaraq qalacaq. Neft qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirləri sözsüz ki, var və uzun müddət davam edərsə də olmaqda davam edəcək”.

V.Əhmədov deyib ki, büdcəyə yenidən baxılması barədə danışmaq tezdir:

“Biz 2020-ci il üçün neft qiymətlərini 55 dollardan götürmüşdük. Hazırda “Azəri light” neftinin qiyməti 47 dollaradır. Bu da təbii ki, iqtisadiyyata təsirsiz ötüşə bilməz. Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız olsa da, ondan zəruri məqamlarda istifadə edilməlidir. O layihələrə sərf edilməlidir ki, ölkənin gələcək həyatına təsirləri olsun. Qiymətlərin aşağı düşməsi uzunmüddətli olarsa, dövlət büdcəsinə təsir edə bilər. Amma enmə davam edərsə, büdcəyə may-iyun ayında yenidən baxıla bilər. Həmçinin, neftin qiyməti 35-40 dollar səviyyəsinədək enərsə, Prezident dövlət büdcəsinə əlavə və dəyişikliklər edilə bilər. Arzu edək ki, koronavirus tez bir zamanda lokallaşdırılsın və neftin qiyməti əvvəlki həddinə qayıtsın. Amma indiki məqamda neftin qiyməti azalan xətt üzrə davam edir və bu, bizi narahat etməyə bilməz”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …