Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Neftin qiyməti “fontan” vuracaq? – “Krant” bağlansa…

Neftin qiyməti “fontan” vuracaq? – “Krant” bağlansa…

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neftin dünya bazarında  qiymətinin bahalaşmasına və “İraq Kürdüstan” ətrafında baş  verən proseslərə münasibət bildirib.  

O “Qafqazinfo” ya açıqlamasında bildirib ki, İraq hökuməti referendum başlayan kimi bəyan etdi ki, Kərkük üzərində tam nəzarəti öz üzərinə götürəcək: “Hətta hökumət lazım gəlsə orada güc amilindən də istifadə edəcək.  Hələ ki bu mesaja “İraq Kürdüstanı” tərəfindən cavab verilməyib. Ancaq  bu amil neft aləmində təşvişlə qarşılandı.

Artıq Qərb mətbuatında da yazdılar ki, bu yeni bir konfliktin startıdır. Elə bundan sonra jurnalistlər Ərdoğandan referendumun nəticələrinə dair sual soruşublar. O da deyib ki, “İraq Kürdüstanın ümumiyyətlə indiyə kimi həyatda qalması onların neft amili ilə bağlı idi. Bu onlar üçün hər şey idi. Dünyaya çıxışları, əldə etdikəri qazanc da neftin hesabınadır. O neftin krantı da mənim əlimdədir. Sonacan bağlayacam”.

Bu çıxış da təbii ki, bazar iştirakçılarında əməlli-başlı  şok effekti yaradıb. Çünki 1974-cü ildə tikilən Kərkük-Ceyhan boru kəməri İraq neftinin Avropa istiqamətində inşa edilmiş ən uğurlu bir infrastruktur layihəsi hesab olunur. Özü də Kərkük nefti  keyfiyyət baxımından yaxşı bir xammal hesab olunur. Avropa neft emalı zavodları onu böyük istəklə alırlar”.

İ. Şabanın sözlərinə görə, “İraq Kürdüstanı”na qarşı həm İran, həm İraqın rəsmi hökuməti, həm də Türkiyə əks mövqedədir: “İkinci tərəfdən də Suriya, Rusiya, Amerika amili var. Bu elə bir məsələdir ki, İraqın mərkəzi hökuməti ilə elə orda olan “İraq Kürdüstanı” arasındakı məsələ deyil. Bu bütün regiona partlayış gətirəcək problemə çevrilə bilər.

Neftin qiyməti postreferendum dövründəki situasiyadan asılıdır. Real olaraq gərginlik təsir edilən səviyyədə olacaqmı?  Həqiqətən Kərkük neftinin bazara çıxmasının qarşısı alınacaqmı?  Bu sualın cavabı yaxın zamanlarda bilinəcək. Çünki Türkiyənin Şimali İraqda öz iqtisadiyyatı var”.

Azərbaycan neftinin situsiayaya uyğun qiymətinin qalxmasına gəlincə isə ekspert qeyd edib ki, Azərbaycan bu durumda ağ atlı oğlana bənzəyir: “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” durumuna düşüb. Allah bizim tərəfimizdədir.  Baxmayaraq ki, səkkiz ayda neft hasilatımız 2 milyon ton azalıb. Ancaq gəlirimiz ötən illə müqayisədə artıb. Bu minvalla getsə, hesablamalarıma görə, ötən il Neft Fondunun 5,8 milyard dollar gəliri olmuşdusa, bu il gəlir bundan 1 milyard dollar artıq olacaq”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …