Şənbə , May 28 2022
Ana səhifə / İqtisadiyyat / Neftin qiyməti tarixi rekorda yaxınlaşır

Neftin qiyməti tarixi rekorda yaxınlaşır

Dünya bazarlarında “Brent” neftinin qiyməti 139 dollara çatıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat verir.

Qeyd olunur ki, neft qiymətləri bu həddə çatandan sonra qismən ucuzlaşmağa başlayıb. Hazırda birjalarda “Brent” neftinin may fyuçersləri 130 dollar/barel ətrafında alınıb satılır.
Ötən həftəsonu ilə müqayisədə qiymət artımı 18 faizə bərabər olub.
“JPMorgan Chase & Co.” agentliyinin proqnozlarına əsasən, Rusiyadan neft nəqlinin dayanması təqdirində “Brent” neftinin qiymətləri ilin sonunadək 185 dollaradək çata bilər.
Qeyd edək ki, neft qiymətləri 2008-ci ildə 143 dollar həddinədək çatmaqla tarixi rekordu vurmuşdu. //Trend

Həmçinin oxuyun

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək. Bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında …