Bazar , Sentyabr 26 2021
Ana səhifə / İqtisadiyyat / Neftin qiyməti OPEC+ sazişi fonunda artdı

Neftin qiyməti OPEC+ sazişi fonunda artdı

OPEC+ sazişi fonunda Londonun İCE birjasında neftin qiyməti bahalaşıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu birjanın ticarətlər məlumatları əks etdirir.

Belə ki, “Brent” markalı neftin qiyməti 2,45% faiz -32,25 ABŞ dollarına qədər artıb.

Həmçinin WTI markalı neftin də qiymətində də 0,22% – 22,81 ABŞ dollarına qədər artım müşahidə edilib.

Qeyd edək ki, ötən həftənin cümə axşamı – aprelin 9-da OPEC+ ölkələri nümayəndələrinin onlayn görüşü keçirilib. Görüşdə neft bazarının sabitliyi müzakirə olunub. İştirakçılar ümumi razılaşmaya nail olmayıblar. Çünki Meksika təklif edilmiş şərtlərdən imtina edib.

Ötən gün OPEC+ ölkələri neft hasilatını may-iyunda gündəlik 9,7 milyon barel azaltmağı razılaşdırıb.

Həmçinin oxuyun

Neftin qiyməti 79 dolları keçib

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.Belə ki, Azərbaycan neftinin 1 barelinin qiyməti …