Cümə axşamı , İyun 4 2020
Ana səhifə / İqtisadiyyat / NEFTİN QİYMƏTİ KƏSKİN UCUZLAŞDI – Bir gecədə 33 faiz!

NEFTİN QİYMƏTİ KƏSKİN UCUZLAŞDI – Bir gecədə 33 faiz!

“Brent” markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 33,4% azalaraq 33,94 ABŞ dollar/barelə düşüb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə 02:25-də “Brent” markalı neftin qiyməti yüksəlib və 35,23 ABŞ dolları təşkil edib.

“WTI” (West Texas Intermediate) markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 27,1% azalaraq 32,48 ABŞ dolları təşkil edib.

“Brent” neftinin bu qiyməti 2016-ci il fevral ayından bəri ən aşağı qiymətdir.

Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin görüşünün nəticəsiz başa çatması, koronavirusun dünyada yayılması “qara qızıl”ın qiymətinə mənfi təsir edib.

OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Lakin, Rusiya bu təklifə qarşı çıxıb.

Həmçinin oxuyun

“Devalvasiya ölkə iqtisadiyyatına dağıdıcı təsir göstərər” – Rövşən Ağayev

Azərbaycan bir sıra xarici maliyyə-kredit təşkilatlarından borc almağa hazırlaşır. Bu barədə açıqlamanı maliyyə naziri Samir …