Ana səhifə / İqtisadiyyat / Neftin qiyməti artır – Cibimizə girən pul da artacaqmı?

Neftin qiyməti artır – Cibimizə girən pul da artacaqmı?

“Rusiyaya qoyulan sanksiyalar neftin qiymətinin artırmasına təsir edir”.

Bunu Yenisabah.az-a açıqlamasısnda iqtisadçı Elmir Səfərli deyib.

O, son bir neçə gündə dünya birjalarında neftin qiymətlərinin sürətlə artmasını şərh edib.

Ekspertin sözlərinə görə, önəmli məqam Rusiyanın Avropaya neft və qaz ixracının dayandırması və ona qarşı sanksiyaların artırılmasıdır:

“İlkin olaraq neftin qiymətinin qalxması Avropada, eləcə də dünya bazarlarında müxtəlif ölkələr tərəfindən tələb-təklifin artmasından irəli gəlir. İkinci səbəb Rusiya-Ukrayna müharibəsidir.

Statistik rəqəmlərə baxsaq, Avropa İttifaqının toplam tələbatı neftə tələbatın 25 faizini, qaza 40 faizini təşkil edir. Bunu da Rusiya təmin edir.

Ukrayna üzərindən keçən neft-qaz kəmərləri ilə nəqlin dayandırılması, eyni zamanda, idxal-ixrac əməliyyatlarının aparılmasında Rusiyaya qoyulan sanksiyalar neftin qiymətinin artırmasına təsir edir”.

İqtisadçının sözlərinə görə, Azərbaycan neftinin ortalama qiyməti nəzərdə tutulandan olduqca yüksəkdir:

“Təbii ki, bunun bizə müəyyən faydaları var. İndiki halda çalışmalıyıq ki, neftin qiymətinin artmasından yaxşı anlamda istifadə edək. İlk növbədə, faydası odur ki, ölkəyə valyuta gəlir. Valyuta ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini yaxşılaşdırır.

Dövlət büdcəsinin gəlirləri artdığı halda, təbii ki, sosial layihələrin reallaşdırılması, əmək haqqının artırılması və digər məsələlər nəzərdə tutula bilər. Lakin bunun yaxın müddətdə olub-olmayacağı məlum deyil. Büdcəyə daxil olan əlavə vəsaitləri qeyri-neft sektorunun inkişafına, eləcə də Qarabağın yenidən qurulması istiqamətində investisiyalara yönəldə bilərik”.

E.Səfərli qeyd edib ki, birinci yarım ilin sonuna qədər neftin qiymətinin kəskin şəkildə düşəcəyi gözlənilmir:

“İstehsal həcmi də çox önəmlidir. Hər bir ölkənin müəyyən istehsal gücü var. Azərbaycan mart ayı üçün nəzərdə tutulan istehsal gücünü gündəlik 7 min barelə çatdırıb, 675 min barelə gətirməyi hədəfləyib. Növbəti rüb üçün bunların hamısı birmənalı olaraq siyasi və iqtisadi şərtlərdən asılı olaraq, dəyişə bilər”.

Həmçinin oxuyun

Rusiyanın Avropa qaz bazarındakı yeri uğrunda mübarizə güclənir

Mümkün variantlardan biri də İran qazının Azərbaycan üzərindən qoca qitəyə çatdırılmasıdır Avropa Ukraynaya hücümuna görə …