Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / İqtisadiyyat / Neftin qiyməti 74 dollara qədər arta bilər – “Bloomberg”

Neftin qiyməti 74 dollara qədər arta bilər – “Bloomberg”

Koronavirus pandemiyası dövründə dünyakı anbarlarda saxlanılan neft ehtiyatları praktiki olaraq azalıb və bu da cari ilin ikinci yarısında karbohidrogenlərin qiymətinin artmasına səbəb ola bilər.

Bu barədə “Bloomberg” Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına istinadən xəbər yayıb.

Qeyd olunub ki, son aylarda artan tələbin fonunda neft ehtiyatları daha da azalıb. Hazırda ən böyük neft ehtiyatları Çində saxlanılır. Amerikada karbohidrogen ehtiyatları praktik olaraq pandemiyadan əvvəl müşahidə olunan səviyyəyə qayıdıb və fevral ayında 1,28 milyard barel təşkil edib.

Agentlik qeyd edir ki, ABŞ-ın şərq sahilində neft ehtiyatları keçən həftə son 30 ilin ən aşağı səviyyəsinə çatıb. Eyni zamanda, son iki həftə ərzində tankerlərdə saxlanılan neft ehtiyatları 27% azalaraq 50,7 milyon barelə çatıb.

“2021-ci ilin ikinci yarısında neft ehtiyatlarının proqnozlaşdırılan azalması fonunda “qara qızıl”ın qiyməti bir barel üçün 74 ABŞ dollarına qədər arta bilər”. Report

Həmçinin oxuyun

Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı məlumat yaydı

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 24-nə olan valyuta məzənnələrini açıqlayıb. ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 …