Çərşənbə , May 25 2022
Ana səhifə / İqtisadiyyat / “Neftin qiyməti 150 dollar olsa belə, benzinin və ya təbii qazın qiyməti aşağı düşmür, çünki…” – Deputat

“Neftin qiyməti 150 dollar olsa belə, benzinin və ya təbii qazın qiyməti aşağı düşmür, çünki…” – Deputat

“Dünya bazarında neft qiymətlərinin artması ilə əlaqədar büdcəyə yenidən baxıla bilər, heç bir problem yoxdur. Bu, parlamentin tarixində dəfələrlə olub. Onu da qeyd etmək lazımdır ki, neft qiymətlərinin artması neft və qaz ixrac edən ölkələr üçün iqtisadi baxımdan çox ciddi üstünlük qazandırmır. Təbii ki, ixrac edən ölkələrin gəliri artır, amma məsələ burasındadır ki, idxalçı ölkələr də yeni yüksək qiymətlərə tez adaptasiya ola bilmirlər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, neft-qaz ixrac edən ölkələrə normal, stabil neft qiymətləri daha maraqlıdır: “Neftin qiymətinin 75-80 dollardan yuxarı olması bizim üçün kifayətdir. Büdcə gəlirləri artdıqda, əlbəttə ki, sosial ödənişlər və pensiyalara da yenidən baxmaq mümkündür, bu işlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğuldur. Əsas odur ki, ölkədə inflyasiyanın səviyyəsini normada saxlaya bilək. Bundan başqa isə, neftin qiyməti lap 150 dollar olsa belə, benzinin və yaxud da təbii qazın qiyməti düşmür. Çünki, bu, təkcə istehsalçı ölkədən asılı deyil. Burada bir çox daxili amillər var”.

Həmçinin oxuyun

4 ildən sonra Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçib

Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun məzənəsini 0,03 manatdan yüksək müəyyən edib. …