Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / Neftin “qara cüməsi”: qiymət 59 dolların altına endi, daha betər ola bilər…

Neftin “qara cüməsi”: qiymət 59 dolların altına endi, daha betər ola bilər…

Dünya bazarlarında neftin qiyməti bu gün rekord səviyyədə aşağı düşüb.

Virtualaz.org birjalara istinadən xəbər verir ki, “Brent” markalı neft bir gündə 7 faizə yaxın dəyər itirib və 1 barreli hazırda 59 dollardan da ucuz satılır. Şimali Amerika neftinin 1 barreli isə artıq 50 dollara qədər ucuzlaşıb. Analitiklər neft bazarlarında bu gün baş verənləri “qara cümə” adlandırıblar və gözlənilir ki, ucuzlaşma davam edəcək. Çünki bazarda ifrat neft bolluğunun yaranacağını göstərən əlamətlər var.

Belə ki, Səudiyyə Ərəbistanı neft hasilatını rekord həddə-gündə 11 milyon barrelə qədər artırıb. ABŞ şirkətləri isə 1983-cü ildən bəri ən çox neft hasil edirlər. Ölkənin kommersiya neft ehtiyatları artıq doqquz həftədir ki, durmadan artır. Bu da tələbatın azalmasını göstərir. Dekabrın 6-da Vyanada OPEC üzvü olan ölkələrin neft nazirləri toplanacaq və hasilatın azaldılmasına dair qərarın çıxarılacağı ehtimal edilir. “Morgan Stanley” bankının analitiklərinin hesablamalarına görə belə qərarın çıxarılması ehtimalı 67 faizdir.

* * *

Bakı vaxtı ilə 15:18-ə olan məlumata görə, “Brent” markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 2,78% azalaraq 60,86 dollar/barelə düşüb.

WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 4,45% azalaraq 52,20 dollar təşkil edib.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …