Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Neftin orta qiyməti 2035-ci ilə qədər 45 dollar/bareldən çox olmayacaq

Neftin orta qiyməti 2035-ci ilə qədər 45 dollar/bareldən çox olmayacaq

Rusiyada ABŞ dollarının orta nominal məzənnəsi 2031-2035-ci illərdə 82,5 rubl təşkil edəcək.

“Report”un “RBC” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir proqnoz Rusiya Maliyyə Nazirliyinin açıqladığı baza ssenaridə yer alıb.

Nazirliyin proqnoz hesabatında bildirilir ki, ən pis halda 2035-ci ilə qədər dolların məzənnəsi 84,2 rubl olacaq. Qeyd edək ki, açıqlanan rəqəmlər Maliyyə Nazirliyi tərəfindən Dövlət Dumasına təqdim olunan uzunmüddətli büdcə proqnozuna daxil edilib.

Maliyyə Nazirliyi 2017-2020-ci illərdə dolların orta məzənnəsinin 64,8 rubl, 2021-2025-ci illərdə 71,5 rubl, növbəti 5 ildə isə 77,1 rubl olacağını düşünür.

Maliyyə Nazirliyi konservativ ssenaridə neqativ xarici şokların Rusiya iqtisadiyyatının artım tempini azaldacağını proqnozlaşdırıb. Əsas mənfi təsir, qlobal maliyyə bazarlarında baş verməsi ehtimal edilən böhran nəticəsində Çin iqtisadiyyatının yavaşlaması ilə əlaqələndirilib. Həmçinin, əmək və kapital resurslarında struktur məhdudiyyətlərinin Rusiya iqtisadiyyatında inkişafı yavaşladacağı qeyd olunur.

Neft qiymətlərinin 2031-2035-ci illərdə orta hesabla 45,3 dollar/barel, 2030-cu ilə qədər isə bu həddən də aşağı olacağı ehtimal edilir.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …