Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “Neftdən asılılığın yüksək olması təhlükəlidir” – Ekspert

“Neftdən asılılığın yüksək olması təhlükəlidir” – Ekspert

Xəbər verdiyimiz kimi, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları, yaxud 0,37 faiz artaraq 86,64 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

İqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a bildirib ki, neftin qiymətinin bahalaşması Azərbaycanın xeyrinədir:

“Neftin qiyməti qalxdıqca, Azərbayacana valyuta daxilolmaları artır. Nəticədə valyuta ehtiyatları və iqtisadiyyatın dayanıqlılığı da yüksəlir. Bu həm də neftdən asılılığın nə qədər yüksək olduğunu göstərir və ümumilikdə təhlükəli vəziyyətdir. Dünyada təlatümlər, müharibələr, Qırmızı dənizdə husilərin hücumları olduğundan neft qiymətləri artır. Sabah bu problemlər həll olunanda nə olacaq? Əsas məsələ budur”.

İqtisadçı vurğulayıb ki, neftdən asılılığı getdikcə azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdir.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …