Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / “Neft qiymətlərinin 40 dollar ətrafında qərarlaşması devalvasiya riskini arxa plana keçirir”

“Neft qiymətlərinin 40 dollar ətrafında qərarlaşması devalvasiya riskini arxa plana keçirir”

İqtisadçı millət vəkili Əli Məsimli bu dəfəki açıqlamasında dünya bazarında neftin qiymətinin yenidən 40 dollardan yuxarı qalxmasını şərh edib:
“Neftin qiymıtinə münasibət  bildirilərkən, çox vaxt onun iqtisadi tərəfi əsas götürülərək tələb-təklif prinsipi önə çəkilir. Əlbəttə, bu təbiidir. Bununla belə neft sadəcə iqtisadiyyat yox, həm də siyasətdir, ondan da daha çox geosiyasətdir. Ona görə də neftin qiymətinə iqtisadi amillərdən başqa, siyası və xüsusən də geosiyasi amillər təsir edir. Bu baxımdan OPEK+ ölkələrinin hasilatın mövcud azaldılma kvotasının müddətini iyulun sonunadək artırması hazırda neftin qiymətinə müsbət təsir göstərən amillərdəndir. Bununla belə neftin dünya bazarındakı qiymətlərinə sadaladığımz həmin amillərin məcmusundan qaynaqlanan çeşidli amillərlə yanaşı, spekulyativ amillər də öz təsirini göstərir. Neftin qiymətinin son vaxtlardakı ziq-zaqlarala da olsa artıma doğru meyl göstərməsi həmin sadaladığımız amıllərdən də daha çox, bir sıra ekspertlərin də vurğuladığı kimi, aprel ayında neftin qiyməti kəskin surətdə aşağı düşəndə, spekulyativ məqsədlərlə alınan neftin bazarda satılma meylləri ilə əlaqədardır. Ona görə də neftin dünya bazarındakı qiymətlərinə ekstremal şəraitlərdə daha çox önə çıxa bilən spekulyativ amillər öz təsirini göstərir və hazırda qiymətlərin dəyişməsi xeyli dərəcədə bu amillərdən asılıdır. Bundan başqa bu ilin aprelində neftin qiymətinin tarixdə özünün ən aşağı dövrünü yaşaması, dünya təcrübəsində görünməyən dərəcədə, yəni “sıfırlama” səviyyəsindən də  aşağı düşməsi “neft şoku” yaratmaq məqsədi daşıyırdı. Amma  apreldəki o cür simvolik qiymətlər neft hasil edən ölkələrin heç biri üçün sərfəli deyil, Bu baxımdan neftin qiymətinin aprel ayından  sonra ziq-zaqlı artımı həm də bu cür iqtisadi sərfəlilik xarakterli amilin də payı var. Bundan əlavə koronavirus pandemiyası bitdikdən sonra iqtisadi fəallıq, istehlak da yüksəlməyə başlayacaq, nəqliyyatin fəaliyyəti genişlənəcək və intensivləşəcək və sair. Bütün bunlar da öz növbəsinədə neftin qiymətinin artmasına təsir edəcək.      Bununla belə əksər ekspert və analitiklərin də söylədiyi kimi, ən azından yaxın perspektivdə neftin qiymətinin əvvəlki səviyyəyə çatacağı gözlənilmir. Neft və qaz hasılatçısı və həm də bu sahədəki iri kommunikasiya xəttlərinin aparıcı qüvvəsi olan Azərbaycan üçün neftin qiyməti çox önəmli məsələdir. 2020-ci ilin büdcəsində neftin proqnoz qiyməti 55 dollardan götürülüb. Dünya bazarında neftin qiymətinin həmin həddən aşağı olması Azərbaycanın gəlirlərini milyard dollarla ölçülən nəzərəçarpan dərcədə azaldır. Bu özünü daha çox Dövlət Neft Fondunun gəlirlərinin azalmasında göstərir. Neftin qiymtinin aşağı olması tədiyyə balansına da ciddi surətdə mənfi təsir göstərir ki, bu da milli valyutamıza-manata təzyiqi artırır. Neftin qiyməti uzun müddət son aylar özünün göstərən aşağı səviyyədə, məsələn, 30 dolların altında və ya ətrafında qərarlaşsa, manatın məzənnəsi üçün risk yaradar. Ona görə də neftin qiymətinin qalxmağa başlaması koronavirus pandemiyası və onun ətrafında gedən proseslərin fəsadları nəticəsində, rəsmi açıqlamara görə, sərt karantin və təcrid vəziyyətinin hökm sürdüyü  şəraitdə gündə 120-150 milyon manat (digər bir hesablamaya görə isə gündə  80-90 milyon manat) itirən  Azərbaycan üçün “valyuta ehtiyatlarını xərcləməklə manatı sabit saxlamaq, yoxsa devalvasiyata gedib valyuta ehtiyatlarlna qənaət etmək” kim ciddi bir dilemmanı arxa plana  ötürür. Ona görə də  son vaxtlar dünya bazarında neftin qiymətinin artmağa başlaması ən azından indiki 40 dolların ətrafında qərarlaşması koronavirus pandemiyası ilə yanaşı növbəti neft şoku da yaşayan Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən hadisə olmaqla yanaşı həm də son vaxtlar haqqında çox danışılan və təbii ki. əhalini də narahat edən devalvasiya riskini arxa plana  keçirir.        Bütün bunlarla yanaşı onu da xüsusi vurğulamaq lazımdır ki,koronavirus pandemiyası dünyanın gedişatını xeyli dərəcədə  dəyişdəcəyindən,ilk növbədə neft iqtisadiyyatında əsaslı dəyişikliklər baş verəcək.Ona görə də islahatları genişləndirmək və dərinləşdirmək yolu ilə neft amilinin dominant rol oynadığı iqtisadiyyatdan insan amilinin və rəqəmsallaşmanın prioritet rol oynayacağı innovasiyalı inkişaf modelinə keçid prosesini maksimum sürətləndirməliyik.Həmin islahatlar  sayəsində potensil imkanlarımız işə salıb idxal etdiyimiz malların 3-4 milyard dollarlığını Azərbaycanda istehsal etməyə başlasaq,eyni zamanda həm də qeyri-neft sektorunun ixracını ötənilki 1,9 milyard dollardan 5-6 milyard dolara çatdırmaq potensialımızdan dolğun istifadə etsək,onda taleyi xeyli dərəcədə dünya neft bazarının konyukturundan asılı vəziyyətdə olan  manatın  kəskin devalvasiya  risklərini etibarlı şəkildə aradan qaldıra bilərik. Moderator.az

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …