Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / İqtisadiyyat / Neft niyə yenidən ucuzlaşır? – VİDEO

Neft niyə yenidən ucuzlaşır? – VİDEO

Son günlərə kimi bahalaşan neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb.

Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 2,7% azalaraq 80,39 ABŞ dolları təşkil edib.

İqtisatçı-ekspert Rəşad Həsənovun fikricə, bazarda neftin qiymətinin ucuzlaşması bir neçə faktorla bağlıdır.

Səbəblərdən biri Avropa ölkələrində sərt karantin rejiminin tətbiq edilməsidir. Çünki sərt karantin rejimi insanların hərəkətliliyinin azalmasına səbəb olur, bu da yanacağa olan təlabatın azalacağı deməkdir. Bununla yanaşı, neftin ucuzlaşmasının digər səbəbləri də var.

Rəşad Həsənov bildirib ki, neftin qiymətinin ucuzlaşması neft hasilatçısı olan ölklərin gəlirlərinin azalmasına gətirib çıxaracaq.

Neftin qiymətinin qarşıdakı günlərdə də ucuzlaşacağı istisna edilmir.

Həmçinin oxuyun

Azərbaycanda dollar bahalaşacaq? – AÇIQLAMA

Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalar son 1 ayda hiss edilən dərəcədə dollara nisbətən zəifləyib. …