Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Neft nə vaxtadək ucuzlaşacaq? (ŞƏRH)

Neft nə vaxtadək ucuzlaşacaq? (ŞƏRH)

“Neftin qiymətinin ucuzlaşmasının davamlı olacağını hesab etmirəm”.
Bu sözləri EkoNews-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Ekspertin fikrincə, proses davamlı olmayacaq: “Hər zaman belədir, bazara yeni siqnallar daxil olanda neftin qiymətində korreksiya olur. Qiymət Donald Tramp və onun bəyanatlarına bağlı deyil. Hər hansı növbəti bir bəyanat olan kimi ondan qaynaqlanaraq neftin qiyməti yenidən dəyişəcək”.

Bu prosesin Azərbaycan neftinin qiymətinə təsirləri haqqında danışan ekspert bildirib ki, ucuzlaşma cari il üçün hansısa təşviş yarada biləcək prosesə gətirib çıxarmayacaq: “Çünki, son 8 ayın nəticələrinə əsasən, neftin qiyməti 65 dollar olub və hazırda da 60 dollardan yuxarıdır. Bu gün Azərbaycan büdcəsi üçün orta qiymət 60 dollar müəyyənləşib. İstənilən halda hökumət qarşısında duran vəzifələrin öhdəsindən gələcək”.
Xatırladaq ki, çərşənbə axşamı günü ABŞ Prezidenti Donald Trampın BMT-nin Baş Assambleyasının 74-cü iclasındakı çıxışından sonra neft qiymətləri 3%-dən çox düşüb. Brent markalı neft hazırda 62,69 dollara satılır. Bu, əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsindən 3,13% az olub. WTI neftin qiyməti 2,88% düşüb. Ötən gün Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,57 ABŞ dolları və yaxud 0,85% azalaraq 66,88 dollar təşkil edib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …