Şənbə , Sentyabr 23 2023
Ana səhifə / İqtisadiyyat / Neft Fondunun AÇG-dən gəlirləri azaldı

Neft Fondunun AÇG-dən gəlirləri azaldı

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4 milyard 728 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə Fonddan məlumat verilib. Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 901 milyon ABŞ dolları və yaxud 28,7 % azdır.
Xatırladaq ki, ötən ilin eyni dövründə sözügedən göstərici 6 milyard 629 milyon ABŞ dolları olub.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, INPEX  – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%.

Həmçinin oxuyun

“ATEF Şirkətlər Qrupu”nun borcu 11 milyona yüksəldi

“ATEF Şirkətlər Qrupu”nun son 3 ayda dövlətə olan vergi borcu 1 milyon manata yaxın artıb. Qaynarinfo-nun …