Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / İqtisadiyyat / Neft Fonduna 450 milyon bonus ödənildi

Neft Fonduna 450 milyon bonus ödənildi

Yanvarın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, bu saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən Neft Fonduna ümumilikdə 3,6 milyard ABŞ dolları həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP – 30,37 faiz, “AzAÇG” (SOCAR) – 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” – 9,31 faiz, “Statoil” – 7,27 faiz, “ExxonMobil” – 6,79 faiz, “TPAO” – 5,73 faiz, “Itochu” – 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) – 2,31 faiz.

Həmçinin oxuyun

Azərbaycanda yumurta qıtlığı yaranıb

Dekabrın sonu, yanvarın əvvəlindən etibarən Azərbaycanda müəyyən qədər yumurta qıtlığı müşahidə olunmaqdadır. Əksər iri marketlərdə …