Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / İqtisadiyyat / Neft bazarındakı qiymət Azərbaycana da təsir edəcək – EKSPERT

Neft bazarındakı qiymət Azərbaycana da təsir edəcək – EKSPERT

“OPEC + neft hasilatının gündəlik 1.2 milyon barel azaldılması ilə bağlı qərarı “qara qızılın” qiymətlərinin artırılması deyil, stabilləşdirilməsi məqsədi daşıyır. Görünən budur ki, OPEK qiymətin hər barel üçün 60-65 dollar intervalında dəyişməsinə və volatilliyin azalmasına çalışır”.

Bunu İqtisadçı-alim Vüqar Bayramov OPEK+ qərarını şərh edərkən belə qeyd edib.

Alim Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyat üçün gözləntiləri haqda da fikirlərini bildirib: “Son 2 ayda “Brent” markalı neftin bir barelinin qiymətinin 86 dollardan 60 dollaradək azalmasına baxmayaraq şist neft hasilatında artımlar var. Lakin Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadiyyat üçün gələn ilki gözləntiləri bədbindir. Bu isə o deməkdir ki, hasilatın azaldılması ilə bağlı anlaşmaya baxmayaraq gələn il yenidən neftin bir barelinin orta qiyməti 60 dollarlıq psixoloji həddən aşağı ola bilər”.

V.Bayramovun sözlərinə görə, neftin bir barelinin orta qiymətinin psixoloji həddən aşağı olması Azərbaycan üçün də müsbət proqnozlar verməyəcək: “Bu gözləntilərin özünü doğrultması Azərbaycan Maliyyə Nazirliyinin 60 dollardan hesabladığı dövlət büdcəsi üçün heç də müsbət proqnoz verməyəcək. Belə düşünürəm ki, neft bazarındakı mövcud qiymət dəyişiklikləri fonunda dövlət büdcəsində bir barelin qiymətinin 60 dollar götürülməsi riskli hesab olunur”.

Həmçinin oxuyun

Azərbaycanla İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşdı

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası …