Çərşənbə , May 22 2019
Ana səhifə / İqtisadiyyat / Neft bahalaşır, bəs gələn pullar hara xərclənəcək? – ŞƏRH

Neft bahalaşır, bəs gələn pullar hara xərclənəcək? – ŞƏRH

Azərbaycan Milli Məclisinin 2018-ci ilin büdcəsinə yenidən baxacağı gözlənilir.

Mövcud büdcədə neftin bir bareli 45 dollar götürülüb. Bunun ən azı 55 dollara qaldırılacağı təxmin edilir. Hazırda neftin bir bareli 80 dollar civarında dəyişir.Neftin qiymətinin büdəcdə artırılması, ona əlavə vasaitlərin daxil olcağı anlamına gəlir. Gözləntilər 3-4 milyard dollar arasında dəyişir.

Bəs neft bahalaşır, bundan xalqa nə çatar? İndi həmin vasaitin hansı istiqamətə yönəldilməsi düzgün olardi?

Azadlıq radiosu bu sulla iqtisadçıların rəyini öyrənib

Keçmiş deputat, iqtisadçı Əli Əlirzayev:

“ Təbii ki, büdcəyə baxılması neftin qiymətinin dünya bazarında artmasından irəli gəlir. Təsəvvür edin ki, 55 dollar hara, 80 dollar hara?! Neftin qiyməti qalxır və büdcəyə daxil olan vəsaitin hansı istiqamətdə xərclənməsi müzakirə olunur. Yaxud onun Neft Fondunda saxlanması nəzərə alınır”.

Əli Əlirzayev deyib ki, hazırkı prioritetlər əvvəlki illərdən fərqlənir:

“Mən daha çox iş yerlərinin açılmasına üstünlük verərdim. Daha sonra turizmin, infrastrukturun, yolların sosial-iqtisadi inkişafa cavab verməsinə vəsait ayrılmasını istərdim. Xüsusən, regionlarda emal sənayesinin gücləndirilməsinə vəsait ayrılmalıdır. Kənd təsərrüfatıməhsullarının ixraacı yalnız xammal şəklində yox, hazır məhsul şəklində hazırlanmalıdır. Bəli, elə sahələr var rəqabətlidir, bəzi məhsulları isə Çindən gətirəndə daha sərfəli olur. Bunlar hamısıhesablanıb sonra qərar qəbul edilməlidir.

İqtisadçı Azər Mehdiyev isə təəssüflənir ki, Milli Məclis müstəqil iqtisadçıların tövsiyələrini heç vaxt nəzərə almır. O bildirib ki, neftin qiymətinin qalxması Azərbaycanı 2008-2013-cü illərə qaytarır.

“O zaman da neftin qiymətinin artması hər il büdcəyə yenidən baxılması imkanı verirdi. Əksər hallarda artırılan vəsaitlərin böyük hissəsinin investisiya layihələrinə yönəldilməsinin şahidi olurduq. Güman ki, bu dəfə də hökumətin əldə olunan gəlirin böyük hissəsinin investisiya layihələrinə yönəltdiyinin şahidi olacağıq. Amma sosial istiqamətdə, söhbəəməkhaqlarının artırılmasından gedir, ciddi vəsaitin ayrılacağını düşünmürəm. Çünki hökumətin iqtisadi siyasətində bu istiqaməəsas götürülüb ki, maaşların artırılması neft gəlirləri hesabına olmasın. Düşünürəm ki, indiki halda da əsas vəsait investisiyalaar yönəldəcək.

İqtisadçı hesab edir ki, hazırda ciddi məsələ iqtisadi islahatların həyata keçirilməsidir: “Birinci, tibb sığorta islahatlarına ehtiyac var, təhsil sferasında islahatlar keçirilməlidir. Bu, yalnız vəsaitin artırılması deyil, həm də sistemli şəkildə tədbirlərin keçirilməsini nəzərdə tutur. Məsələn, bunun elementlərindən biri təhsil və səhiyyə işçilərinin maaşlarının ciddi artırılması, aztəminatlı təbəqələüçün daha əlverişli şərtlərin təmin edilməsidir.

2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri isə 21 milyard 47 milyon manat səviyyəsində müəyyən edilib.Budəcdə neftin bir barelinin qiyməti 45 dollar götürülüb. Halbuki, indi neft 80 dollara yaxındır.

Həmçinin oxuyun

Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

2019-cu il aprel ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni …