Cümə axşamı , İyul 2 2020
Ana səhifə / İqtisadiyyat / “Necə olur ki, tualetin də haqqını tez-tez qaldıran idarənin 160 min vergi borcu olur? – İqtisadçı

“Necə olur ki, tualetin də haqqını tez-tez qaldıran idarənin 160 min vergi borcu olur? – İqtisadçı

“Dənizkənarı Bulvar İdarəsinə məxsus “Dənizkənarı Milli Park” MMC adlı bir qurum var. Bulvarda tualetlərdən tutmuş kafe-restoranlara qədər hər bir obyektə nəzarət edirlər. Adi dondurma satandan tutmuş, əlində şar satanlara qədər hamıdan xərac alırlar. Məlum olur ki, bu təşkilatın büdcəyə 160 min manat vergi borcu var – yəni, arxaları o qədər möhkəmdir ki, vergi ödəmirlər – az qala havadan da pul qazanan MMC-nin vergi borcu olmamalıdır”.

Bunu iqtisadçı Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, dövlət institutları məhz belə ikili standartlara görə gözdən düşür: “Məsələn, məni 2016-da həbs edərkən maddələrdən biri vergi borcu məsələsi idi – halbuki, mənim Vergilər Nazirliyindən rəsmi məktubum var idi ki, heç bir borcum yoxdur. Sonra bağlı VÖEN-ə 2072 manat borc yazdılar, bir daha – 2015-dən bağlı olan VÖEN-ə borc yazdılar, daha ötəsi, 2019-da bir neçə günlük ölkədən çıxışıma qadağa qoydular. Məhkəməni Apellyasiya mərhələsində uddum, qadağanı ləğv etdilər, amma hələ də borcu silmirlər.

Yaxşı, necə olur ki, vətəndaşın 5-10 manat vergi borcu olan kimi boğazına çökürlər, amma kimlərinsə kölgəsində gəzən, hər gün minlərlə manat havayı pul qazanan, tualetin də haqqını tez-tez qaldıran idarənin 160 min vergi borcu olur, heç kim də onlara heç nə demir?! Ədalət olmayan yerdə inamsızlıq olur, məhz ədalətsizlik insanın dövlətin aldığı qərarlara imansızlıq yaradır – nəticədə virusla mübarizə də effekt vermir”.

Həmçinin oxuyun

İdxal olunan benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək — TƏHLİL

Bu ilin mart ayında dünyada neft qiymətlərinin aşağı düşməsi, həmçinin koronavirus pandemiyası şəraitində tətbiq olunan …