Şənbə , Dekabr 9 2023
Ana səhifə / İqtisadiyyat / Nazirlik Kəlbəcərdə 16 milyon manata məktəb tikir

Nazirlik Kəlbəcərdə 16 milyon manata məktəb tikir

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Art-Proje” MMC olub.
Yeniavaz.com xəbər verir ki, İdarə Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının tikintisi işlərinin satınalınmasına görə “Art-Proje” MMC-yə 16 milyon 34 min 76 manat ödəyəcək.
Nizamnamə kapitalı 1 milyon 370 min 10 manat olan “Art-Proje” MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4829A-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Əkram Musa oğludur.

Həmçinin oxuyun

Bir milyon vergi borcu olan şirkətlə vergi idarəsi arasında qalmaqal

“Ticarət Mərkəzi” MMC ilə İqtisadiayyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş …