Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / İqtisadiyyat / Nazirlər Kabineti: Kreditlərlə bağlı məsələ son mərhələdədir

Nazirlər Kabineti: Kreditlərlə bağlı məsələ son mərhələdədir

“Kreditlərlə bağlı məsələlər demək olar ki, son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə təsdiqlənəcək”

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident tərəfindən tapşırıq verilib.”Ölkə başçısı İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Biz kreditləri olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik. Bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışmalyıq”.

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …